Naxçıvan Dövlət Universitetinin həkim-rezidentləri növbəti dəfə təcrübə kurslarında iştirak etmək üçün Türkiyəyə yola salınıb.
Bu barədə "Tehsil.biz"ə NDU-dan məlumat verilib.
Bildirilib ki, həkim-rezidentlərdən Zərifə Xəlilova və Səmayə Əsgərli 6 ay müddətinə Türkiyənin Qazi Universitetinin xəstəxanasında təcrübə keçəcəklər.
Qeyd edək ki, bu barədə hər iki universitet arasında anlaşma memorandumu imzalanıb.