Logo

Əşrəf Həsənovun anadan olmasının 115 ili tamam olur

24.01.2024 22:22 330 baxış
IMG

Bu gün Xalq artisti Əşrəf Həsənovun anadan olmasının 115 ili tamam olur.

Tehsil.biz xəbər verir ki, Əşrəf Həsənov 1909-cu il yanvarın 24-də Nuxada (Şəki) anadan olub. O, Dövlət Opera və Balet Teatrında dirijor işləyib, Azərbaycan Radio Komitəsinin nəzdindəki simfonik orkestrə və Azərbaycan Dövlət Konservatoriyasında opera hazırlığı şöbəsinə rəhbərlik edib.

Əşrəf Həsənov Azərbaycan Dövlət Opera və Balet Teatrında “Leyli və Məcnun”, “Koroğlu”, “Aşıq Qərib”, “İvan Susanin”, “Knyaz İqor”, “Aida”, “Karmen” kimi Azərbaycan və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq edib.

Görkəmli dirijor 1983-cü il avqustun 9-da Bakıda vəfat edib.

Xəbər lenti