Logo

Prezident təqaüdçüsü Fatma Səttarova 102 yaşını qeyd edir - FOTO

25.01.2024 15:20 315 baxış
IMG

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü Fatma Səttarova 102 yaşını qeyd edir.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) "Tehsil.biz"ə bildirilib ki, Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurovun başçılıq etdiyi nümayəndə heyəti Fatma Səttarovanı doğum günü münasibətilə təbrik edib və sovet qoşunları tərəfindən Leninqradın faşist blokadasından tam azad edilməsinin 80-cı ildönümü ərəfəsində ona çiçək dəstələri və xatirə hədiyyələri təqdim edib.

Görüş əsnasında Fatma Səttarova qonaqlara rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi qol saatını göstərib.

Xəbər lenti