Logo

Özbəkistan Ali Məclisinin nümayəndə heyəti UNEC-də olub - FOTO

25.01.2024 18:42 305 baxış
IMG

Ölkəmizdə səfərdə olan Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini Akmal Saidovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, görüşdə ali təhsil, dayanıqlı inkişaf və yaşıl iqtisadiyyatla bağlı müzakirələr aparılıb.

Rektor Ədalət Muradov “Rəqəmsal UNEC”in elektron imkanları, distant və hibrid təhsil, elektron kitabxana, Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzinin fəaliyyəti barədə Özbəkistan nümayəndə heyətinə ətraflı məlumat verib.

Palata sədrinin birinci müavini Akmal Saidov UNEC-in elektron universitet modelini yüksək qiymətləndirərək bu təcrübənin Özbəkistan ali təhsil müəssisələrində tətbiqinin zəruriliyini vurğulayıb.

Görüşdə birgə konfransların təşkili, yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf sahəsində tədqiqatların aparılması barədə ilkin razılıq əldə edilib.

Sonda UNEC-in yaşıl iqtisadiyyatla bağlı ingilis dilində çap etdirdiyi “Exploring The Green Economy: ISSUES, Challenges and Benefits” kitabı Akmal Saidova hədiyyə olunub.

Xəbər lenti