Logo

DİM-in beynəlxalq tərəfdaşı olan Yunus Əmrə İnstitutu TYS imtahanlarına qeydiyyatı elan edir

05.04.2021 16:56 98 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) və Yunus Əmrə İnstitutu (YƏİ) arasında 2020-ci ilin noyabr ayında qarşılıqlı anlaşma memorandumu imzalanıb və razılaşdırılmış əməkdaşlıq sahələrindən biri də Türkçə Yetərlilik İmtahanının (TYS) keçirilməsi üçün DİM tərəfindən dəstəyin göstərilməsidir.

 

Qeyd edək ki, YƏİ-nin Bakı nümayəndəliyi tərəfindən DİM-in dəstəyi ilə təşkil ediləcək TYS imtahanı üçün qeydiyyat martın 29-u başlayıb və aprelin 30-u başa çatır.

 

Qeydiyyatdan keçmək istəyən namizədlər aşağıdakı keçiddən istifadə edə bilərlər:

 

https://sinav.yee.org.tr/login

Xəbər lenti