"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda Naxçıvanda peşə təhsilinin inkişafı istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Tehsil.biz xəbər verir ki, bu məqsədlə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 25-də muxtar respublikada səfərdə olub.
Səfər çərçivəsində qonaqlar Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrini icra edən, nazir müavini Elxan Nəcəfovla görüşüblər. Görüşdə muxtar respublikada peşə təhsilinin inkişafı istiqamətində həyata keçiriləcək birgə tədbirlərin müzakirəsi aparılıb.
Qeyd edək ki, bu gün həmçinin Elxan Nəcəfov və Ceyhun Kərəmov Şərur Texniki Peşə və Sürücülük məktəbinin tədris bazası ilə də tanış olublar.