Logo

“Amerikalı kürəkən” tamaşası yenidən səhnədə

25.01.2024 23:23 361 baxış
IMG

Fevralın 2-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında ən maraqlı tamaşalardan olan "Amerikalı kürəkən” tamaşası növbəti dəfə nümayiş olunacaq.

Tehsil.biz xəbər verir ki, komediya janrında hazırlanan tamaşa yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin eyniadlı əsəri və görkəmli bəstəkar Ramiz Mirişlinin musiqiləri əsasında hazırlanıb.

İki hissədən ibarət olan səhnə əsərinin quruluşçu-rejissoru Xalq artisti İlham Namiq Kamaldır.

Qeyd edək ki, biletləri şəhərin kassalarından və “İticket.az” saytından əldə etmək mümkündür.

Xəbər lenti