Peşə təhsili müəssisələrinə qəbul olan qadınların sayı artıb.
"Tehsil.biz"in məlumatına görə, 2021-2022-ci tədris ilində peşə təhsil müəssisələrinə qəbul olan 16 min 590 nəfərdən 4 min 911 nəfərini qadınlar təşkil edib. 2023-cü ildə isə tələbə adı qazanan 20 min 563 nəfərdən 6 min 931-i qadındır.
Peşə təhsili müəssisələrinə üz tutan qadınların çoxu Bakı, Sumqayıt və Gəncə şəhərlərində təhsil alırlar. Qadınlar ən çox dayə (98,5 faiz), qrimçi-pastijor (95 faiz), laborant-mikrobioloq (93.8 faiz), moda dizaynı (93 faiz), xalçaçı (85 faiz) peşələrini seçiblər.
Avtomobil mühərriklərinin yığıcısı, avtomatika üzrə usta, elektrik qaz qaynaqçısı, elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis, elektrik montyoru, avtomobil üzrə elektrik, avtomobil diaqnostikası və təmiri ustası ixtisasları üzrə təhsil alan qadınların sayı 0,4-1 faiz arasında dəyişir.
Qadınların az seçdiyi bəzi maraqlı ixtisaslar da var. Uçan aparatların cihaz avadanlıqları üzrə elektromexanik ixtisasında təhsil alan tələbələrin 5 faizini qadınlar təşkil edir.
Baytarlıq və heyvandarlıq işi, neft-kimya sənayesi aparatçısı-operatoru, aqroservis mütəxəssisi, əl elektrik qaynaqçısı, balıq yetişdirilməsi üzrə mütəxəssis ixtisaslarında qadınların iştirakı 10-15 faiz arası dəyişir.
Peşə təhsili alan qadınların ən çox olduğu region isə Bakıdır.