AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti yığıncağı olub.
Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.
Bölmənin sədri akademik İsmayıl Hacıyev iclası açaraq Rəyasət Heyəti və kollektiv üzvlərini gündəlikdəki məsələlərlə tanış edib.
Gündəliyə çıxarılan ilk məsələ Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin “AMEA-nın elmi tədqiqat müəssisələrinin strukturunun AMEA-nın yeni Nizamnaməsinə uyğun təşkili haqqında” 9 yanvar 2024-cü il tarixli qərarından irəli gələn vəzifələri əhatə edib.
İclasda, həmçinin Bölmədə çalışan bir sıra əməkdaşların dərəcələrinin artırılması, AMEA Naxçıvan Bölməsinin bəzi doktorant və dissertantlarının hesabatlarının dinlənilməsi və attestasiyadan keçirilməsi məsələlərinə baxılıb, 1 nəfər gənc işlə təmin olunub.
Cari məsələlərin müzakirəsindən sonra iclasa yekun vurulub.