Logo

Nazir: “Yeni muzeylərin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir"

26.01.2024 11:40 357 baxış
IMG

"Ölkəmizdə muzey işi, muzey müəssisələri müasir dövrün tələblərinə uyğun fəaliyyəti daim diqqət mərkəzində saxlanılır".

Tehsil.biz xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli deyib.

Nazir paytaxtda və regionlarda mövcud muzey binalarının əsaslı təmiri və ekspozisiyaların zənginləşdirilməsinə diqqət ayrıldığını vurğulayıb:

“Yeni muzeylərin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və himayəsi ilə Heydər Əliyev Fondu tərəfindən mədəni irsimizlə bağlı həyata keçirilən genişmiqyaslı fəaliyyətdə muzeylərlə bağlı layihələr mühüm yer tutur. Bu layihələr ölkəmizin muzey incilərinin dünyada tanıdılması ilə yanaşı, bir sıra ölkələrin muzey fondlarındakı Azərbaycan xalqına məxsus mədəni irs nümunələrinin, o cümlədən qədim xalça məmulatlarının, əlyazmaların surətlərinin Vətənə qaytarılmasına xidmət edir. Muzeylərin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması zərurətə çevrilməli və bu sahədə konkret addımlar atılmalıdır”.

Kənan Nağıbəyli

Xəbər lenti