Prezident seçkilərini izləmək üçün 23 beynəlxalq media qurumu müraciət edib.
"Tehsil.biz"in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, indiyədək Yaponiya, Türkiyə, Almaniya, İtaliya , Rusiya və bir sıra ölkələrdən 23 beynəlxalq media qurumunun 61 əməkdaşı növbədənkənar prezident seçkilərini izləmək üçün müraciət edib.
M.Pənahov vurğulayıb ki, növbədənkənar prezident seçkilərinə beynəlxalq KİV-lərin marağı yüksək səviyyədədir.