Logo

ADNSU-da payız semestrinin imtahan sessiyası uğurla davam edir

26.01.2024 21:29 470 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının əsas hissəsi uğurla keçirilib və hazırda imtahanlar davam edir.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan bildirilib.

Yazılı, yazılı-şifahi şəkildə yanvarın 25-dək imtahanlarda ümumilikdə 48950 tələbə-imtahan keçirilib. Onlardan 8534 nəfər əla, 6611 nəfər çox yaxşı, 8694 nəfər yaxşı, 8135 nəfər kafi, 14261 nəfər qənaətbəxş, 3122 nəfər qeyri-kafi qiymət alıb. 1932 tələbə imtahanlarda iştirak etməyib, 179 nəfər isə nizam-intizam qaydalarını pozduqlarına görə imtahanlardan kənarlaşdırılıb.

Qeyd edək ki, bu semestr ümumilikdə 12988 bakalavr, 2835 nəfər isə magistr imtahan verəcək və payız semestrinin imtahan sessiyası 2024-cü il fevralın 2-də başa catacaq.

Xəbər lenti