Logo

UNEC-də “Biliyin yayılması, innovasiya, universitetlər” mövzusunda seminar keçirilib

05.04.2021 18:13 410 baxış
IMG

UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və  Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminarda tədqiqat mərkəzinin rəhbəri dos. Altay İsmayılov mövzunun aktuallığına diqqət çəkərək, muasir dövrün bilik cəmiyyətinə əsaslandığını, universitetlərin isə yeni biliklərin istehsal edildiyi və yayıldığı məkanlar olduğunu vurğulayıb. Milli səviyyədə tələbi və ehtiyacları doğru oxuya bilmək və onlara yönəlik yeni həll yollarını ortaya çıxarmaq yolunda universitetlərin üzərinə ciddi məsuliyyət düşdüyünü qeyd etdi.

 

Tehsil.biz xəbər verir ki, seminarda iştirak edən Köln Biznes Məktəbinin Strateji İdarəetmə üzrə professoru  Dr. Odiljon  Abdurazzakov “Texnoloji transferlər yolu ilə innovativ fəaliyyətin inkişaf istiqamətləri” mövzusunda təqdimatla çıxış edərək, texnologiya transferinin milli iqtisadiyyata faydalarını seminar iştirakçılarının diqqətinə çatdırıb. İnnovasiya  prosesində iştirak edən təşkilatların fəaliyyətləri barədə məlumat verən məruzəçi açıq və qapalı innovasiya paradiqmalarının geniş izahını iştirakçılarla bölüşdü.

 

Təhsildə İnnovativ Texnologiyalar  Əlavə Təhsil Mərkəzinin direktoru dos. İsa Qasımov isə “İnnovasiyaların formalaşmasında universitetlərin rolu” mövzusunda məruzə ilə çıxış edərək, təhsil və innovasiya prosesinin əlaqəsi,  innovasiya ekosistemin formalaşması, xarici ölkələrin modelləri əsasında biznesdə innovasiyaların tətbiqi yolları barədə ətraflı məlumat verib.

 

Sonra Bilik İqtisadiyyatı  UNEC Tədqiqat Mərkəzinin tədqiqatçısı, gənc müəllim Təhmasib Əlizadə “Biliyin yayılması və innovasiyalar: universitetlərin rolu” mövzusunda təqdimatla çıxış edib. O, universitetlərdə biliyin yayılmasının innovasiyalara təsirindən, eləcə də universitetlərin sahibkarlıq fəaliyyətindən, start-up ekosistemində və Milli İnnovasiya Sistemlərində mövqeylərindən söz açıb.

 

UNEC-in rəsmi facebook səhifəsində canlı yayımlanan seminarda mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları məruzəçilər tərəfindən cavablandırılıb.

Xəbər lenti