Logo

MDU-nun magistrantı: "Doğma universitetimin nailiyyətlərinə görə sevinirəm"

27.01.2024 11:16 220 baxış
IMG

“Magistrant olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) fəaliyyətini yaxından izləmək, əldə etdiyi uğurlarda pay sahibi olmaq imkanım vardır".

Bunu MDU-nun I kurs magistrantı Elçin Həşimov imtahan sessiyası haqqında "Tehsil.biz"lə fikirlərini bölüşərkən deyib.

O, doğma universitetinin nailiyyətlərinə görə sevindiyini bildirib:

"Payız imtahan sessiyası çərçivəsində MDU-nun rektoru Şahin Bayramovun iştirakı ilə hər həftə “Açıq qapı” günlərinin təşkil olunması, valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahanların gedişatını müşahidə etmək üçün lazımı şəraitin yaradılması, yarana biləcək sualların operativ şəkildə cavablandırılması, imtahan sessiyasının şəffaflığının təmin edilməsi universitet-tələbə münasibətlərinin gücləndirilməsinə xidmət edir. Buna görə başda rektorumuz olmaqla bütün professor-müəllim heyətinə təşəkkürümü bildirirəm. MDU ailəsinin üzvü olduğum üçün özümü şanslı hesab edirəm".

Mərcanə Əsədova

Xəbər lenti