Logo

UNEC-də növbəti “Açıq qapı” günü keçirilib - FOTO

27.01.2024 14:00 382 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qış imtahan sessiyası ilə bağlı növbəti “Açıq qapı” günü keçirilib.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, qəbula yazılan tələbələrin müraciətləri imtahanlarda intizam qaydalarının pozulması, təhsil haqqına güzəştin edilməsi, xarici universitetdə dinlənilən fənnin əvəzlənməsi ilə bağlı olub.

Müraciətlər dinlənildikdən sonra yerindəcə müvafiq qərarlar verilib.

Ümumilikdə isə “Açıq qapı”da tələbələrin 24 müraciəti dinlənilib. Müraciətlər əsasən imtahanlarda intizam qaydalarının pozulması barədə olub.

Xəbər lenti