Logo

BDU alimlərinin məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub

05.04.2021 19:42 427 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Diferensial və inteqral tənliklər kafedrasının müdiri, dosent Yaşar Mehrəliyev və həmin kafedranın elmlər doktoru proqramı üzrə doktorantı, dosent Elvin Əzizbəyovun həmmüəllifi olduğu “A time-nonlocal inverse problem for a hyperbolic equation with an integral overdetermination condition” (“Hiperbolik tənlik üçün əlavə inteqral şərtli zamana görə qeyri-lokal tərs məsələ”) adlı məqalə Riyaziyyat və Tətbiqi riyaziyyat sahələrində Q1 kateqoriyalı “Electronic Journal of Qualitative Theory of Differential Equations” (“Diferensial Tənliklərin Keyfiyyət Nəzəriyyəsi üzrə Elektron Jurnal”) adlı beynəlxalq jurnalda dərc olunub (Journal Citation Reports®, Science Citation İndex Expanded, Impact factor: 1.827).

 

Məqalə qeyri-lokal şərtlər daxilində ikinci tərtib hiperbolik tənlik üçün qoyulmuş tərs sərhəd məsələsinin klassik həllolunanlığının öyrənilməsindən bəhs edir. Əvvəlcə baxılan məsələ eyni verilənlər daxilində köməkçi ekvivalent məsələyə gətirilmiş, sonra Furye üsulunun və sıxılmış inikas prinsipinin köməyi ilə kiçik zaman fasiləsi üçün ekvivalent məsələnin həllinin varlığı və yeganəliyi haqqında teoremlər isbat olunub. Daha sonra isə, ekvivalentlik şərtindən istifadə edərək baxılan məsələnin klassik həllinin varlığı və yeganələyi göstərilib.

 

Məqaləni oxumaq üçün linkə keçid edə bilərsiz:

 

https://www.math.u-szeged.hu/ejqtde/periodica.html?periodica=1&paramtipus_ertek=publication&param_ertek=8993

Xəbər lenti