Logo

AZƏRTAC Fransa bürosuna müxbir axtarır

27.01.2024 21:18 317 baxış
IMG

AZƏRTAC Fransa bürosu üzrə müxbir vakansiyası elan edib.

Tehsil.biz xəbər verir ki, vakansiyaya müraciət edən şəxslərə verilən tələblər:

- Agentliyi işlədiyi ölkədə təmsil etmək, Azərbaycanla bağlı tədbirlərin işıqlandırılmasını təmin etmək, yerli xəbərləri operativ şəkildə redaksiyaya göndərmək;
- Keyfiyyətli videosüjetlər, fotoinformasiyalar hazırlamaq;
- İşlədiyi ölkənin rəsmi şəxslərindən, tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimlərindən müntəzəm surətdə məxsusi müsahibələr almaq;
- Yerli dövlət qurumları və digər müvafiq təşkilatların mətbuat konfransları və brifinqlərində iştirak etmək, xəbərlər hazırlamaq;
- Yerli qurumların mətbuat xidmətləri ilə əlaqələr qurmaq;
- Müvafiq redaksiyadan əlavə tapşırıqları vaxtında yerinə yetirmək;

vakansiya üzrə aşağıdakı tələblərə uyğun olan namizədlər müraciət edə bilərlər:

- Ali təhsil və uyğun peşə hazırlığına malik olmalı;
- 25-55 yaş arası olmalı;
- KİV-də müxbir vəzifəsində ən azı 3 il (informasiya agentliyi, onlayn media, TV) iş stajına malik olmalı;
- Fransız dilində sərbəst danışmağı və yazmağı bacarmalı;
- Stresli vəziyyətlərə davamlı olmalı;
- Azərbaycan dilinin qrammatik, leksik və üslub normalarını mükəmməl bilməli;
- Xəbər, reportaj, müsahibə və digər müvafiq informasiya janrlarında yazmağı bacarmalı;
- Müasir İKT vasitələrindən, habelə müvafiq proqram təminatlarından istifadə etməyi bacarmalı;
- Xəbər mənbələri, həmçinin foto və video informasiya ilə işləmək bacarığı olmalı;
- Foto və video çəkiliş üçün rəqəmsal kameralardan istifadə vərdişlərinə malik olmalı;
- Müxbir fəaliyyətinin etik qaydalarını bilməli və onlara riayət etməli;

Namizədlərdən özləri haqqında məlumatı və müəllifi olduğu materiallardan nümunələri 2024-cü il fevralın 10-dək [email protected] ünvanına göndərmələri xahiş olunur. Məktubun “mövzu” bölməsində vakansiya elan edilən ölkənin adını yazmaq xahiş olunur. Tələblərə cavab verən namizədlər müsabiqəyə buraxılacaqlar.

Xəbər lenti