Logo

Nazir: "Ənənəvi təhsilin bərpası üçün vaksinasiya əsas şərtdir"

05.04.2021 20:37 835 baxış
IMG

"31 mart tarixinə olan göstəricilərə əsasən, ali təhsil müəssisələri arasında ilk olaraq ADA Universitetinin 50 yaşdan yuxarı pedaqoji və texniki heyətinin vaksinasiya prosesi artıq yekunlaşıb".

 

Tehsil.biz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

 

Onun sözlərinə görə, Sumqayıt Dövlət Universiteti (98.2 %), Azərbaycan Universiteti (93.7 %), Bakı Avrasiya Universiteti (91.6 %), Bakı Ali Neft Məktəbi (87.7 %) və Mingəçevir Dövlət Universitetinin (87 %) heyəti də bu prosesi yekunlaşdırmaq üzrədir.

 

E.Əmrullayev Təhsil Nazirliyi olaraq bu ali təhsil müəssisələrinin rəhbərliyinə və kollektivinə təşəkkür etdiyini vurğulayıb.

 

Nazir "öyrənmə prosesinin davamlılığını təmin etmək və təhsil müəssisələrinin ənənəvi fəaliyyətini bərpa etmək üçün vaksinasiya əsas şərtdir" -deyə qeyd edib.

 

Qeyd edək ki, bu gündən etibarən yaşından asılı olmayaraq bütün təhsil işçilərinin vaksinasiyasına başlanılıb.

 

Xəbər lenti