Logo

Məktəblərdə daxili monitorinq sisteminin olması çox vacibdir - BŞTİ müdiri

05.04.2021 22:47 577 baxış
IMG

Məktəbin uğurlu olmasında yalnız direktorun deyil, müəllimin, valideynin, cəmiyyətin də iştirak etməsi vacibdir:

 

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib.

 

Onun sözlərinə görə, məktəb direktoru cəmiyyətin güvənini qazanmalıdır:


“Təəssüflər olsun ki, bəzi hallarda bu güvəni itirmişik. Direktor şagird üçün də, müəllim üçün də əlçatan olmalıdır”.

 

M.Vəliyeva əlavə edib ki, məktəblərdə daxili monitorinq sisteminin olması çox vacibdir:


“Bu, şagird nailiyyətinə fokuslanmalıdır. Monitorinq sistemi elə qurulmalıdır ki, orada şagirdin akademik bacarığı, psixoloji durumu və s. müəyyən monitorinq alətləri ilə yoxlanılsın. Biz çalışacağıq ki, məktəblərə bu baxımdan dəstək olaq”.

Xəbər lenti