Logo

Texnologiya Universiteti ilə Ben-Gurion Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

29.01.2024 14:20 308 baxış
IMG

Azərbaycan Texnologiya Universitetində (ATU) İsrailin Ben-Gurion Universitetinin nümayəndələri ilə görüş keçirilib.

Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, görüşdə Texnologiya Universitetini tədris işləri üzrə prorektor Raqif Hüseynov, strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə rektor müşaviri Mehman Kərimov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Ramidə Xəlilova, Avtomatika və informasiya texnologiyaları kafedrasının müdiri dosent Rövşən Qasımov, Ben-Gurion Universitetini isə “Complex Data Analytics Lab” şöbəsinin rəhbəri Robert Moskoviç və “Data Science Research Center” üzrə inzibati menecer xanım Lee Eldin təmsil ediblər.

Görüş zamanı əməkdaşlıq perspektivləri, tələbə və müəllim mübadiləsi, ikili diplom proqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunub.

Xəbər lenti