Bakı Dövlət Universitetinin (BDU) tələbəsi yüngül atletika üzrə respublika çempionu olub.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Bildirilib ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə yanvarın 26-da və 27-də atletika üzrə 40-cı qış ölkə çempionatı keçirilib. Sosial elmlər və psixologiya fakültəsinin I kurs tələbəsi, atletika üzrə milli yığma komandanın üzvü Səkinə Hacızadə nüvə itələmə yarışı üzrə 8 rəqibini üstələyib və fəxri kürsünün birinci pilləsinə yüksəlib.