Logo

Azərbaycanlı yazıçının kitabı Misirdə çapdan çıxıb

29.01.2024 15:54 370 baxış
IMG

Tanınmış yazıçı, psixoloq Rövşən Abdullaoğlunun psixoloji-detektiv janrda qələmə aldığı “Abaddon” romanı Misirdə “Jusur Publishing” nəşriyyatında ərəb dilində nəşr olunub.

Tehsil.biz xəbər verir ki, kitab ilk dəfə Qahirə Kitab Sərgisində oxuculara təqdim olunub.

Roman Azərbaycanda ilk dəfə 2018-ci ildə işıq üzü görüb. Bu vaxta kimi Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitab ABŞ-ın “Readers Favorite” beynəlxalq kitab

müsabiqəsində münsiflərin rəyi əsasında “beş ulduz” fərqlənmə nişanı ilə təltif edilib.

Müxtəlif janrlarda ümumilikdə 28 kitab müəllifi olan Rövşən Abdullaoğlu “PEN America” Yazıçılar Birliyinin üzvüdür. İngilis dilinə tərcümə olunmuş əsərləri “IndieReader", “Kirkus", “Readers”, “Favorite" və “Self-Publishing Review" kimi nüfuzlu ədəbi tənqid qurumlarından yüksək rəy alıb.

Xəbər lenti