Logo

Peşə Təhsili üzrə Dövlət Agentliyinin ötən il üzrə vətəndaş müraciətlərinin STATİSTİKASI

29.01.2024 17:07 263 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyi 2023-cü il üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb.

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, ötən il ümumilikdə 22 mindən çox vətəndaş müraciəti cavablandırılıb.

Müraciətlərin 6 min 937-si sosial şəbəkələr, 10 min 902-si Çağrı Mərkəzi üzərindən gəlib. Habelə Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi üzərindən 3 min 758, sayt üzərindən 192 müraciət daxil olub. 224 vətəndaş isə qəbulda iştirak edib.

Xəbər lenti