Yanvarın 29-da Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin şəbəkəsinə daxil olan müəssisə əməkdaşlarının iştirakı ilə seminar-müşavirə keçirilib, görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Tehsil.biz xəbər verir ki, seminar-müşavirəni mərkəzin direktoru Vəkil İsmailov açaraq mədəniyyət sahəsində görülən işlərdən, aparılan islahatlardan danışıb.
Sonra mədəniyyət sahəsində mövcud problemlər dinlənilib, suallar cavablandırılıb və səsləndirilən təkliflər qeydə alınıb. Mövcud problemlərin həlli üçün mədəniyyət müəssisələrinin rəhbərlərinə konkret tapşırıqlar verilib.
Yekunda mərkəzin direktoru Vəkil İsmailov tərəfindən mədəniyyət sahəsindəki xidmətləri və 50 illik yubileyi münasibətilə Masallı Xalq Teatrının tərtibatçı rəssamı Elsevər Əliyevə “Fəxri Fərman” təqdim olunub.