Logo

Region məktəbliləri ADAU-da olublar - FOTO

30.01.2024 10:36 355 baxış
IMG

Birinci, ikinci və dördüncü ixtisas qrupları üzrə hazırlıq keçən abituriyentlər Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.

Tehsil.biz xəbər verir ki, əsasən Gəncə, Samux, Şəmkir və Mingəçevirdən olan abituriyentlər əvvəlcə ADAU-nun Baytarlıq tədris korpusunda yerləşən muzey və laboratoriyalara baş çəkib, Tələbə evlərini gəziblər.

Abituriyentlərə universitetin maddi-texniki bazası, tədris-təcrübə imkanları və beynəlxalq əlaqələri barədə də ətraflı məlumat verilib.

Sonra ali təhsil müəssisəsi haqqında videoçarx nümayiş olunub, abituriyentlərin sualları cavablandırılıb.

Xəbər lenti