Logo

MEK “Məhəmməd Əmin Rəsulzadə-140” adlı virtual sərgi hazırlayıb

30.01.2024 20:17 481 baxış
IMG

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən “Məhəmməd Əmin Rəsulzadə-140” adlı virtual sərgi hazırlanıb.

Bu barədə "Tehsil.biz"ə MEK-dən məlumat verilib.

Bildirilib ki, sərgidə M.Ə.Rəsulzadənin “Çağımızın Siyavuşu”, “Qafqaz türkləri” (Azərbaycan və türk dillərində), “Çağdaş Azərbaycan tarixi”, “Milli birlik”, “Məktublar. Şəfibəyçilik”, “Azərbaycan şairi Nizami”, “Panturanizm. Qafqaz sorunu” və digər əsərləri yer alıb. Sərgidə, həmçinin “Məhəmməd Əmin Rəsulzadə mətbuat haqqında”, “Cümhuriyyət qurucuları”, “M.Ə.Rəsulzadənin Türkiyədəki həyatı, fəaliyyəti və düşüncələri”, “Azərbaycan milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə”, “Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı və mübariz qərargahı Gəncə”, “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”, “Almaniyada Cümhuriyyət arzusu” kitabları, “Azərbaycan Xalq Cümhuriyyəti haqqında dövlət qərarları” kimi nəşrlər nümayiş olunur.

Qeyd edək ki, virtual sərgi ilə yanaşı, MEK-də ənənəvi sərgi də təşkil olunub.

Xəbər lenti