Logo

Tarix Muzeyində “Məhəmməd Əmin Rəsulzadə-140” adlı tədbir keçirilib - FOTO

30.01.2024 22:54 382 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyində "Məhəmməd Əmin Rəsulzadə-140" adlı tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.

Bildirilib ki, tədbir Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi münasibətilə təşkil edilib.

Alim və mütəxəssislərin, ali məktəb tələbələrinin iştirak etdikləri tədbirdə muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçilərinin “M.Ə.Rəsulzadə Lənkəranda”, “M.Ə.Rəsulzadənin yaradıcılığında milli və dini məsələlərə dair" mövzularında məruzələri dinlənilib.

Xəbər lenti