Logo

ADAU-da arıçılığa həsr olunan təlim proqramı başa çatıb - FOTO

31.01.2024 10:23 341 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Arıçılıq Tədris Mərkəzində keçirilən “Arıçılıq məhsullarının istehsal texnologiyası” adlı ikihəftəlik təlim proqramı başa çatıb.

Tehsil.biz xəbər verir ki, 14 gün davam edən təlim proqramında ADAU-nun Arıçılıq Tədris Mərkəzinin rəhbəri İsa İsrafilov bilik və təcrübələrini bölüşüb. Təlim proqramı çərçivəsində iştirakçılara arıçılığın mövcud vəziyyəti, arı xəstəlikləri və zərərvericilərinə qarşı mübarizə, profilaktik tədbirlər, arıların bəslənməsi və onlara düzgün qulluq qaydaları barədə məlumat verilib. Bütün təlim günləri ərzində məruzələrdən sonra arıçılarla geniş diskussiya aparılıb, suallar ətraflı cavablandırılıb.

Təlimin bağlanış mərasimində çıxış edən universitetin rektoru Zəfər Qurbanov arıçıları təbrik edərək, bu cür təlimlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, praktiki cəhətdən təcrübəyə malik arıçılar nəzəri biliklərini də inkişaf etdirməklə işğaldan azad olunan ərazilərimizdə, xüsusilə də Kəlbəcər rayonunda bu sahənin inkişafına xidmət göstərəcəklər.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Xəbər lenti