Logo

UNEC-də qış imtahan sessiyası zamanı intizam qaydalarını pozan tələbələrə GÜZƏŞT

31.01.2024 12:58 455 baxış
IMG

UNEC-də qış imtahan sessiyası zamanı intizam qaydalarını pozan tələbələrə güzəşt olunub. 

Bu barədə "Tehsil.biz"ə UNEC-dən məlumat verilib.

Bildirilib ki, Elmi Şura imtahanlarda intizam qaydalarını pozan bakalavr və magistrlərə humanistlik nümayiş etdirərək, onlar üçün təkrar imtahanların təşkil olunmasına dair qərar verib.

Qeyd olunub ki, cari tədris ilindən intizam pozuntusu ilə bağlı tətbiq edilən yeni yanaşmadan sonra imtahan zamanı köçürmə və əlavə vasitələrdən istifadə kimi neqativ halların sayı 4 dəfə azalıb. Ötən tədris ilində 830 belə hal aşkarlanmışdırsa, bu semestrdə 205 belə fakt qeydə alınıb.

Xəbər lenti