Logo

Azərbaycan aliminin monoqrafiyası 6 dildə nəşr olunub

31.01.2024 15:14 266 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin Ümumi pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Emilya Hüseynovanın “Şagirdlərdə fəal vətəndaşlıq mövqeyinin tərbiyə olunması” monoqrafiyası Almaniyanın “Lap Lambert Academic Publishing” nəşriyyatı tərəfindən 6 dildə nəşr edilib.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, monoqrafiyada X-XI sinif şagirdlərində fəal vətəndaşlıq tərbiyəsi probleminin nəzəri əsaslarından, onların fəal vətəndaşlıq mövqeyi tutmasının imkanları və səmərəli yollarından bəhs olunur. Nəşrdə, həmçinin tədris prosesi, sinifdənkənar və məktəbdənkənar fəaliyyətləri zamanı şagirdlərdə fəal vətəndaşlıq mövqeyinin tərbiyə olunmasının inkişaf amilləri kimi məsələlər də yer alıb.

Monoqrafiya müəllimlər, dissertantlar, doktorantlar və tədqiqatçılar üçün nəzərdə tutulub.

Xəbər lenti