Logo

BANM-də Elmi şuranın iclası keçirilib - FOTO

31.01.2024 16:08 387 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə BANM-dən məlumat verilib.

Bildirilib ki, BANM-in rektoru, Elmi şuranın sədri Elmar Qasımov müzakirə olunacaq məsələləri diqqətə çatdırıb.

İclasda Elmi şuranın katibinin seçilməsi, doktorantın dissertasiya işinin mövzusu və elmi rəhbərinin təsdiq edilməsi, həmçinin Tələbə Elmi Cəmiyyətinin yenidən təşkili, 2023-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin hesabatları, İnformasiya texnologiyaları kafedrasının nəzdində 2 kafedranın yaradılması məsələləri ilə bağlı məruzələr dinlənilib.

Yekunda müzakirə edilən məsələlərlə bağlı ümumi səsvermə ilə yekdil qərar qəbul olunub.

Xəbər lenti