Logo

UNEC “Webometrics” reytinqində Azərbaycan üzrə birinci olub

31.01.2024 17:17 314 baxış
IMG

UNEC dünya səviyyəli universitetə çevrilmək yolunda növbəti uğurunu qazanıb. Yanvarın 31-də açıqlanmış “Webometrics” reytinqində UNEC Azərbaycan üzrə birinci olub.

Bu barədə "Tehsil.biz"ə UNEC-dən məlumat verilib.

Bildirilib ki, “Webometrics”də dünyanın 32000 universiteti arasında 2998-ci yerə yüksələn UNEC əvvəlki reytinqlə müqayisədə 196 pillə irəliləyərək dünyanın ən yaxşı 9 faiz universitetləri sırasında yer alıb.

Qeyd edək ki, UNEC bundan öncə “QS Global”, “QS Europe” və “QS Sustainability” reytinqlərində də ölkə üzrə birinci olub.

Xəbər lenti