Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə yanvar ayı ərzində daxil olan müraciətlərin statistikası açıqlanıb.
Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, yanvar ayında ümumilikdə 19 min 472 müraciət daxil olub.
Müraciətlərin 9 min 721-i Çağrı Mərkəzi, 842-i elektron poçt ünvanına gəlib. 5 min 419 sənəd qəbul edilib, 3 min 490 vətəndaş isə qəbulda iştirak edib.