Dual təhsil proqramı işəgötürənlərə ehtiyaclarına uyğun kadr yetişdirmək imkanı yaradır.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, ötən tədris ilində proqramda iştirak edən tələbələrdən 50 faizi təcrübə keçdikləri müəssisələrdən iş təklifi alıblar.
Qeyd edək ki, iş yerində istehsalat təlimi və təcrübəsi müddətində baş verə biləcək risklərin qarşısının alınması məqsədilə proqramda təhsil alan bütün tələbələr sığorta ilə təmin olunub.