Logo

Gənclər üçün Prezident mükafatçılarından 3-ü BDU-nun tələbə və məzunudur

01.02.2024 15:02 557 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 gəncə 2024-cü il Gənclər üçün Prezident mükafatı verilib. Həmin gənclərdən 3-ü Bakı Dövlət Universitetinin (BDU) tələbə və məzunudur

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Qeyd olunub ki, Gülnar Abdullayeva 2016-cı ildə BDU-nun Biologiya fakültəsini, Ulucay Məmmədov 2019-cu ildə Jurnalistika fakültəsini bitirib, Pərviz Mirələmli isə hazırda BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistratura təhsili alır.

Xəbər lenti