2023-cü ildə ölkə üzrə internat tipli təhsil müəssisələrində müşahidə kameralarının quraşdırılması işləri aparılıb.
Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən "Tehsil.biz"ə bildirilib ki, təhsil müəssisələrində təhlükəsizlik proseslərinin tənzimlənməsi üçün müşahidə kameraları 17 regionu əhatə edən 30 təhsil müəssisəsində quraşdırılıb.
Təhlükəsizlik kameraları quraşdırılmış xüsusi təhsil müəssisələri ölkə üzrə internat tipli təhsil müəssisələrinin 76 faizini təşkil edir.
Müşahidə kameralarının quraşdırılması təhsil müəssisələrində təhlükəsizliyin artırılmasına, nizam-intizam qaydalarının möhkəmləndirilməsinə xidmət edir.