Elm və Təhsil Nazirliyi 2023-cü ildə yenilənmiş təhsil müəssisələrinin sayını açıqlayıb.
Tehsil.biz xəbər verir ki, nazirlik ümumilikdə 40 təhsil müəssisəsində yenidənqurma işləri aparıb.
Bunlardan 3-ü peşə, 3-ü məktəbdənkənar, 1-i internattipli, 33-ü isə ümumi təhsil müəssisəsidir.
Müəssisələrdən 23-ü istismara verilib, 8-də isə tamamlanma işləri görülüb.
Daha 38 təhsil müəssisəsinin təmir-tikinti işlərinə hazırlıq həyata keçirilir.
Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən 20 təhsil müəssisəsinin təmir-tikintisi başa çatdırılıb.