AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı Günel Əhmədova “İlin gənc alimi” mükafatı ilə təltif olunub.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, Günel Əhmədova bu mükafata AMEA-nın ictimai və elmi həyatında fəal iştirakına görə layiq görülüb.
Qeyd edək ki, Günel Əhmədova 1 kitab və 30-dan çox elmi məqalə və konfrans materialının müəllifidir. O, respublikada və xaricdə bir çox elmi konfranslarda iştirak edib, nüfuzlu elmi jurnallarda məqalələri çap olunub. Doktorantın elmi rəhbəri filologiya elmləri doktoru, professor Tahirə Məmməddir. Günel Əhmədova “Azərbaycan ədəbiyyatında felyeton janrının təşəkkülü və tipologiyası” adlı dissertasiya işi üzərində işləyir və yekunlaşdırmaq üzrədir.