Logo

Son bir ayda ölkədə COVID-19 əleyhinə peyvənd olunanların SAYI - FOTO

02.02.2024 10:25 164 baxış
IMG

Azərbaycanda son bir ayda (31.12.2023-31.01.2024) koronavirus (COVID-19) əleyhinə 281 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, ay ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, üç və daha çox doza vaksin vurduranların sayı 183, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 29 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 970 733, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 680, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 398, üç və daha çox doza vaksin vurduranların sayı 3 406 119 pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 536 təşkil edir.

Xəbər lenti