Yanvar ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 10 min 668 müraciət daxil olub.
Təhsil İdarəsindən "Tehsil.biz"ə bildirilib ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 6 706 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 2 046 müraciət daxil olub.
BŞTİ-yə 1 498 sənəd (vətəndaşlar tərəfindən 396 ərizə, Elm və Təhsil Nazirliyindən 285, digər qurumlardan 205, tabelikdə olan təhsil müəssisələrindən 463 məktub və 149 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 418 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.