Bu gün ölkəmizin ümumi təhsil müəssisələrində 20 418 gənc müəllim çalışır.
Tehsil.biz xəbər verir ki, 2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 6081 gənc müəllim uğur qazanaraq ümumi təhsil müəssisələrinə işə qəbul olunub.
Onlardan 2967-si müddətsiz, 3114-ü isə müddətli müqavilə ilə təyinat alıb.
Həmçinin 3543 gənc müəllim isə həvəsləndirmə tədbirləri tətbiq edilən kənd məktəblərində çalışır. Onlardan 1768-i H1, 1775-i isə H2 (Həvəsləndirmə 1-rayon mərkəzindən 3 km-dən 20 km-ə, həvəsləndirmə 2 isə 20 km-dən artıq məsafədə yerləşən kənd məktəblərində çalışan müəllimlərin aylıq əmək haqqına əlavə) tətbiq edilən məktəblərə qəbul edilib.