Logo

DİM tərəfindən yanvar ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb

02.02.2024 16:49 155 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvar ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb.

Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, yanvar ayında keçirilmiş imtahanlarda 718 nəfər iştirak edib. Mərkəzin elektron xidmətlərindən istifadə sayı 50 min 371 olub. Yanvar ayı ərzində 2440 vətəndaş qəbul edilib. Beynəlxalq imtahanlarda 34 nəfər iştirak edib. Çağrı Mərkəzi vasitəsilə 9732, elektron poçt vasitəsilə 2000-ə yaxın, sosial şəbəkələr vasitəsilə 1700-ə yaxın müraciət cavablandırılıb. Çatbota daxilolma sayı 3930 olub. Abituriyent məsləhət mərkəzlərinə 584 müraciət daxil olub.

Xəbər lenti