“Təhsildə könüllülük” proqramı çərçivəsində məktəbəqədər təhsil müəssisələrində könüllülük fəaliyyətinə başlayacaq tələbələrlə görüş keçirilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, proqramın məqsədi məktəbəqədər təhsil müəssisələrində uşaqların inkişafı ilə bağlı yeni yanaşmaların, öyrənmə mühitinin zənginləşməsinin tətbiq edilməsində müəssisənin pedaqoji heyətinə dəstək olmaq, məktəbəqədər ixtisaslarda təhsil alan tələbələrə praktiki təcrübə verməklə gələcək kadr potensialının hazırlığı prosesini sürətləndirməkdir.
Proqram paytaxtda və regionlarda fəaliyyət göstərən müxtəlif ali təhsil müəssisələri və orta ixtisas təhsil müəssisələrinin məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub.