1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə 1-2 fevral tarixləri “Açıq qapı” günləri elan olunub.
Bu barədə "Tehsil.biz"ə muzeydən bildirilib.
Hüseyn Cavidin Ev Muzeyini ziyarət edən gənclərə “Gənclər arasında Hüseyn Cavid irsinin təbliği” mövzusunda silsilə maarifləndirici tədbirlər keçirilib.