Logo

Heydər Əliyev Sarayında “Dahilər” adlı konsert proqramı təqdim olunacaq

03.02.2024 16:40 310 baxış
IMG

Aprelin 11-də Heydər Əliyev Sarayında “Dahilər” adlı möhtəşəm konsert proqramı təqdim olunacaq.

Saraydan "Tehsil.biz"ə bildirilib ki, "Azkonsertshow" və "Maestro Music - Azərbaycan"ın təşkilatçılığı və Azərbaycan Televiziyasının informasiya dəstəyi ilə keçirilən gecədə görkəmli bəstəkarlarımız Tofiq Quliyev, Emin Sabitoğlu, Oktay Kazımi və Elza İbrahimovanın yaddaşlara həkk olunan unudulmaz bəstələri səsləndiriləcək.

“Bakı Sinfonietta” Orkestrinin müşayiəti ilə keçiriləcək konsertdə Azərbaycanın Xalq artistləri, Əməkdar artistləri və tanınmış müğənniləri çıxış edəcəklər.

Xəbər lenti