Logo

Bakıda memarlıq binasına baxış keçirilib

03.02.2024 19:08 318 baxış
IMG

Bakı şəhəri, Neftçilər prospekti 61 ünvanında yerləşən memarlıq binasının fasadında aparılan təmir işləri ilə bağlı binaya baxış keçirilib.

"Tehsil.biz"in məlumatına görə, baxışda podratçı şirkətin mütəxəssisləri və professor, memar Elçin Əliyevin iştirak edib.

Baxış zamanı burada həyata keçirilən işlər qənaətbəxş sayılıb, cüzi nöqsanlar aşkar edilsə də binaya zərər vurulması xəbəri öz təsdiqini tapmayıb.

E.Əliyev tərəfindən təmir işlərini aparan şirkətin nümayəndələrinə müvafiq tövsiyələr verilib və aşkar edilən cüzi nöqsanların ən qısa vaxtda aradan qaldırılması tövsiyə olunub.

Xəbər lenti