Logo

Azərbaycan kulinarları Almaniyada Ümumdünya Kulinariya Olimpiadasında iştirak edirlər - FOTO

03.02.2024 19:31 337 baxış
IMG

Meneceri kulinar bloger Fərhad Aşurbəyli olan azərbaycanlı kulinarlar komandası ölkəmizi fevralın 2-dən 7-dək Ştutqartda (Almaniya) keçirilən Ümumdünya Kulinariya Olimpiadasında təmsil edir.

Tehsil.biz xəbər verir ki, Ümumdünya Kulinariya Olimpiadası dünyada kulinariya ustalığının ən iri beynəlxalq sərgisidir. Olimpiada 1900-cü ildən bəri dörd ildə bir dəfə keçirilir. Təşkilatçı Ümumdünya Kulinarlar və Qənnadıçılar Assosiasiyası (WACS) və Ştutqart Messe sərgi mərkəzidir. Bu il kulinariya yarışmasında 55 ölkədən 1200 iştirakçı mübarizə aparır. Onlar 7 mindən çox yemək hazırlayacaqlar. Hər yarışmada toplanan xallar əsasında qızıl, gümüş və bürünc medallar oynanılacaq. Qaliblər fevralın 7-də elan olunacaq.

Xəbər lenti