Bu gün "Feysbuk" sosial şəbəkəsinin istifadəyə verilməsinin 20 illiyi tamam olur.
Tehsil.biz xəbər verir ki, əvvəlcə ABŞ-nin nüfuzlu universitetlərində tələbələr arasında ünsiyyət üçün icad edilən sosial şəbəkə bütün dünyada populyarlıq qazanıb.
Ondan hər ay 3 milyard insan, planetin əhalisinin təxminən 40 %-ni fəal şəkildə istifadə edir.
Şirkət "Vatsap" və "İnstaqram" kimi məşhur proqramları özündə birləşdirərək illər ərzində sürətlə inkişaf edib.
Stilini dəyişdirən və 2021-ci ildə “Meta” adı ilə yoluna davam etmək qərarına gələn şirkət, məlumat təhlükəsizliyi, rəqabət pozuntuları və senzura ilə bağlı illər ərzində yaşanan qalmaqallar və tənqidlərin kölgəsində işini davam etdirir.