Logo

Məktəb idarəetməsi mövzusunda müzakirə aparılıb

06.04.2021 11:47 100 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva məktəbin səmərəli idarə edilməsi mövzusunda çıxış edib.

 

Təhsil İdarəçiləri Assosiasiyasının "Facebook" səhifəsi üzərindən keçirilən müzakirədə BŞTİ müdiri Mehriban Vəliyeva təhsil müəssisəsinin səmərəli idarə edilməsində məktəb rəhbərinin əsas fəaliyyət istiqamətləri, uğurlu məktəb modelinin yaradılmasında qarşılıqlı əməkdaşlığın rolu, daxili monitorinqin təşkili və digər məsələlər barədə danışaraq, izləyiciləri maraqlandıran suallara aydınlıq gətirib.

 

Qeyd edək ki, "T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı ilə hər həftənin bazar ertəsi yayımlanan “Bələdçi” proqramının məqsədi təhsil sahəsindəki aktual problemlərin həllinə bələdçilik etmək, təhsildə keyfiyyəti yüksəltmək yolları barədə fikir mübadiləsi aparmaqdan ibarətdir.

 

https://www.youtube.com/watch?v=GLVAhFSIquk&feature=emb_logo

Xəbər lenti