Logo

Cəlilabadda mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib - FOTO

04.02.2024 20:27 361 baxış
IMG

Fevralın 3-də Cəlilabad rayonunda mədəniyyət işçilərinin növbəti seminar-müşavirəsi keçirilib.

Tehsil.biz xəbər verir ki, Cəlilabad rayon Heydər Əliyev Mərkəzində baş tutan seminar-müşavirədə rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Seminar-müşavirəni giriş sözü ilə açan Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə mühasibi Elnur Atakişiyev gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat və tapşırıqlarını verib. O həmçinin qeyd edib ki, qarşıdan növbədən kənar Prezident seçkiləri gəlir. Biz hər birimiz bu seçkidə fəal iştirak etməliyik. 

Tədbirdə çıxış edən mədəniyyət mərkəzinin direktoru Ramil İbrahimov ötən ay ərzində keçirilən tədbirlər haqqında məlumat verib və fevral ayında keçiriləcək tədbirlərlə əlaqədar müvafiq tövsiyə və tapşırıqları iştirakçıların diqqətinə çatdırıb.

Xəbər lenti